- Baxış sayı: 40
- 05 Dekabr 2025 16:47
- Baxış sayı: 38
- Dekabr 05, 2025
- 0
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Bakıda keçirilən qran-pri turnirinin 3-cü turunda Dmitri Andreykinlə heç-heçə oynayıb. Allsport.saytı xəbər verir ki, mətbuat konfransında Məmmədyarov partiya haqda fikirlərini bildirib:
“Maraqlı debüt idi. Xantı-Mansiyskdə bizim belə partiyamız olmuşdu. Topla hərəkət etmək imkanı var idi. Gedişlər çox idi. Sadəcə partiyanın sonuna yaxın seyt-nota düşməyə qorxurdum. Perspektivli vəziyyət görmədim. Ona görə heç-heçə alındı. Əlbəttə, qələbə qazanmaq istəyirdim. Amma alınmadı. Üstünlük qazanmadım. Üstəlik vaxt azlığı bir qədər tez oynamağa məcbur etdi”.
Dmitriy Andreykin isə nəticənin oyuna görə olduğunu bildirdi: “Bir qədər çətin partiya alındı. Şəhriyar üstünlük qazana bilmədi. Ona görə oyun bərabər səviyyədə davam etdi. Rəqib üstünlük üçün çalışırdı. Amma alınmadı. 3 turdan sonra nəticəm o qədər yaxşı deyil. Bununla belə qran-pri indi başlayır. Ona görə Bakıdan uğurlu nəticəylə ayrılacağımı gözləyirəm”.