- Baxış sayı: 62
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 78
- Noyabr 21, 2024
- 0
Bu gün Berlinin “Külhaus” sərgi mərkəzində şahmat tacı uğrunda iddiaçıların yarışında 3-cü turun görüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, dünya çempionu norveçli Maqnus Karlsenə (2843) rəqib olmaq üçün bu nüfuzlu mücadilədə Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov (2809) qaralarla Fabiano Karuana (2784) ilə qarşılaşıb.
“Şah” bu partiyada Siciliya müdafiəsi oynayıb. Mittelşpildə ABŞ təmsilçisi üstünlüyə yiyələnsə də, həmyerlimiizn mükəmməl müdafiəsi qələbəni əngəlləyib və tərəflər 49-cü gedişdə sülh bağlarıblar. Mükafat fondu 420 min avro olan turnirin digər matçlarında bu nəticə qeydə alınıb:
Levon Aronyan (2794, Ermənistan) – Vladimir Kramnik (2800, Rusiya) 0:1
Sergey Karyak (2763, Rusiya) – Aleksandr Qrişşuk (2767, Rusiya) 0,5:0,5
Uesli Co (2799, ABŞ) – Dinq Liren (2769, Çin) 0,5:0,5
1.Vladimir Kramnik – 2,5 xal; 2-5. Şəhriyar Məmmədyarov, Fabiano Karuana, Aleksandr Qrişşuk, Dinq Liren – 1,5; 6-7.Sergey Karyak, Levon Aronyan – 1; 8.Uesli Co 0,5.