- Baxış sayı: 58
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 45
- Noyabr 21, 2024
- 0
İyulun 8-də “Grand Chess Tour” şahmat seriyasının üçüncü mərhələsinin – Zaqrebdə keçirilən “Croatia Grand Chess Tour”da növbəti turun partiyaları oynanılacaq. Allsport.az xəbər verir ki, Şəhriyar Məmmədyarov növbəti qarşılaşmalarda ağ fiqurlarla keçmiş dünya çempionu, hindistanlı Vişvanatan Anand, qara fiqurlarla rusiyalı Aleksandr Qrişuka qarşı mübarizə aparacaq.
Günün sonuncu görüşündə isə şahmatçımız Polşa təmsilçisi Yan-Kşiştov Duda ilə üz-üzə gələcək. Şahmatçımız ağ fiqurlarla oynayacaq.
Məmmədyarov ötən üç turun nəticəsinə görə, 3 xalla ikinci pillədə qərarlaşıb.
Şəhriyar seriyanın birinci yarışı “Superbet Chess Classic Romania”nın qalibi olub.