- Baxış sayı: 67
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da qatıldıqları “Grand Chess Tour” şahmat seriyasının “Superbet Chess Classic Romania” turnirində 9-cu turunun oyunları keçiriləcək. SportalAllsportaz xəbər verir ki, Məmmədyarov Rumıniyada keçirilən turnirin qalibi adına əsas namizədlərdəndir.
Bunun üçün təmsilçimizə bu gün keçiriləcək sonuncu turda fransalı Maksim Vaşye-Laqrava məğlub olmamaq kifayətdir
Ermənistanlı Levon Aronyan və amerikalı Fabiano Karuana üzərində qazanılan ardıcıl qələbələr sayəsində aktivində 5,5 xal olan şahmatçımız hazırda ən yaxın izləyiciləri olan Aleksandr Qrişuk, Uesli So və Levon Aronyanı 1 xal qabaqlayır.
Turnirdə keçirdiyi 8 oyunun hamısını heç-heçə başa vuran Teymur Rəcəbov hazırda 4 xalla 6-cı pillədə qərarlaşıb. O, sonuncu turda Levon Aronyan ilə qarşılaşacaq.
“Grand Chess Tour” seriyasının növbəti mərhələsi iyunun 17-dən 23-dək Parisdə keçiriləcək.