- Baxış sayı: 62
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 85
- Noyabr 21, 2024
- 0
“ShamkirChess 2017” beynəlxalq şahmat turnirində ilk turun görüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov qara fiqurlarla ABŞ təmsilçisi Uesli So üzərində qələbə qazanıb. 4 saata yaxın davam edən görüşdən sonra Məmmədyarov mətbuat konfransında jurnalistlərin suallarına cavab verib:
“Maraqlı oyun izlədik. Debüt ev tapşırığı idi. Əslində Soya qarşı heç-heçəyə hazırlaşmışdım. Turnirin reytinq favoritidir. Onunla ehtiyatlı olmaq lazımdır. Uesli So özü qələbə qazanmağıma kömək etdi. Partiyanın sonunda ciddi səhvə yol verdi. Bu səhvi görməmək olmur. Həmin gedişdən istifadə edərək qələbə qazandım. Şəmkir turnirinə qələbəylə başladığıma görə sevinirəm. Rəqibin üstünlüyü var idi. Ona görə partiya zamanı qələbə haqqında düşünmürdüm”.
Turnirin mətbuat xidməti xəbər verir ki, Sumqayıt şahmat məktəbinin yetirməsi dostu, komanda yoldaşı Rauf Məmmədovun onunla birlikdə Şəmkirə gəlməsini belə izah edib: “Rauf Məmmədov dostumdur. Uzun illər millidə birgə çıxış edirik. Şəmkirdə həm turniri izləyir, həm də mənə kömək edir”.
Əslən Filippindən olan Uesli So Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla görüşdə üstün vəziyyətdə olduğunu bildirib: “Üstünlüyüm var idi. Qələbə üçün bir neçə dəqiq gediş etməliydim. Məmmədyarov yaxşı şahmatçıdır. Səhvdən istifadə etdi. Ağ fiqurlarla məğlub olmaq ciddi məsələdir. Sonuncu dəfə 2015-ci ildə İspaniyada keçirilən turnirdə məğlub olmuşam. Bilbao superturnirindən sonra uduzmamışdım. Uğurlu seriyam başa çatdı. Qarşıda 8 tur var. Əsas mübarizə irəlidədir”.
Qeyd edək ki, Vüqar Həşimov memorialı aprelin 30-da başa çatacaq.