- Baxış sayı: 68
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 138
- Noyabr 25, 2024
- 0
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AZGF) maliyyə, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə bu şəhərdə “Şah və mat” layihəsinin ilk turu keçirilib. Allsport.az xəbər verir ki, layihənin məqsədi şahmata marağın artırılması və 2016-cı ildə Dünya Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsi haqqında gənclərin maarifləndirməsidir.
Bununla əlaqədar keçirilən tədbirdə layihə rəhbəri Anar Qasımov yarışın xalqımızın ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunduğunu qeyd edib və ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, yeniyetmə və gənclərə göstərilən diqqət və qayğıdan danışıb.
Olimpiya sistemi üzrə 34 iştirakçı arasında keçirilən və 4 saata yaxın davam edən gərgin mübarizədən sonra Sərxanlı Orxan I, Musayev Saleh II, Alişanov Süleyman isə III-yerə layiq görülüblər.
Sonda qaliblərə sertifikat və hədiyyələr təqdim olunub.