- Baxış sayı: 69
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

FİDE dekabr ayı üçün reytinqi açıqlayıb. Allsport.az saytı xəbər verir ki, Şəhriyar Məmmədyarovun mövqeyində dəyişiklik olmayıb. Azərbaycanlı qrossmeyster 2817 xalla 3-cü pillədə yerini qoruyub. O, dünya çempionu Maqnus Karlsendən (Norveç, 2835) 18, Fabiano Karuanadan (ABŞ, 2832) 15 xal geridədir.
Siyahıda bizdən Teymur Rəcəbov 14-cü (2757), Arkadi Naydiç 20-ci (2736), Rauf Məmmədov 42-ci (2703), Eltac Səfərli (2671) 72-ci, Qədir Hüseynov (2664) 82-cidir.
Qadın şahmatçıların əmsalında Günay Məmmədzadə (2422)47-ci yerdədir. Xanım Balacayeva 62-ci (2397) və Gülnar Məmmədova 2368 xalla 99-cudur.