- Baxış sayı: 44
- 25 Fevral 2026 20:52
- Baxış sayı: 149
- Fevral 25, 2026
- 0

Yanvarın 8-də “Şahdağ” turizm mərkəzində “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turniri start götürüb.
Allsport.az xəbər verir ki, tədbirin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, qış idman növləri federasiyasının prezidenti Fuad Nağıyev iştirak ediblər.
Turnirə Azərbaycan, İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Honkonq, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal və Özbəkistandan müxtəlif yaş kateqoriyasında olan 20 qadın idmançı qatılıb. Yarışda ölkəmizi Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma təmsil edir.
Turnirin ilk günündə idmançılar dağ xizəyinin slalom növündə yarışaraq yüksək nəticə uğrunda mübarizə aparırlar.
Turnir yanvarın 10-a qədər davam edəcək. Növbəti günlərdə idmançılar slalom və qiqant slalom növlərində birincilik uğrunda mübarizə aparacaqlar.