- Baxış sayı: 38
- 12 Yanvar 2025 15:07
- Baxış sayı: 487
- Yanvar 10, 2025
- 0
“Şahdağ” turizm kompleksində xizək alpinizmi üzrə dünya kubokuna start verilib.
Allsport.az xəbər verir ki, ilk yarış günündə idmançılar arasında sprint növü üzrə mükafatçılar bəlli olub. Qadınlarda fransalı Emili Harrop fəxri kürsünün ən yüksək pilləsində qalxıb. İsveçli Mariani Fatton ikinci, fransalı Perillat Pissiy üçüncü yeri tutub. Kişilərdə isə isveçli Lita Aron qızıl, həmyerlisi Robin Bussard gümüş, ispaniyalı Martines Ferrer bürünc medala sahib çıxıb.
Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, milli olimpiya komitəsinin baş katibi Azər Əliyev və qış idman növləri federasiyasının prezidenti Fuad Nağıyev təqdim ediblər.
Dünya kubokunda fərdi neytral idmançılar olmaqla 26 ölkədən 130-a yaxın idmançı qüvvəsini sınayır. Atletlər yanvarın 11-də vertikal və 13-də isə individual növlər üzrə güclərini yoxlayacaqlar.