- Baxış sayı: 35
- 13 Yanvar 2025 16:58
- Baxış sayı: 579
- Yanvar 10, 2025
- 0
“Şahdağ” turizm mərkəzində keçirilən xizək alpinizmi üzrə dünya kubokuna yekun vurulub.
Allsport.az xəbər verir ki, İdmançılar yarışın son günündə fərdi növ üzrə mübarizə aparıblar.
Fərdi növü üzrə nəticələri:
Qadınlar arasında
I yer Qaşet Mollarye Aksel – Fransa
II yer – Harrop Emili – Fransa
III yer – Heymer Cohanna – Avstriya
Kişilər arasında
I yer – Bonne Remi – İsveçrə
II yer –Equy Samuel- Fransa
III – Anselmet Tibu – Fransa
Mükafatlandırma mərasimində beynəlxalq xizək alpinizm federasiyasının baş katibi Jordi Kanals xizək alpinizmi üzrə dünya kubokunun yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan qış idman növləri federasiyasının prezidenti Fuad Nağıyevə öz təşəkkürünü bildirib.
Yarışda 26 ölkədən: Azərbaycan, Türkiyə, Belçika, Bolqarıstan, Kanada, Çin Xalq Respublikası, Avstriya, Andora, İspaniya, Çex Respublikası, Fransa, Almaniya, İran İslam Respublikası, Qazaxıstan, Niderland Krallığı, Norveç Krallığı, Polşa, Qətər Əmirliyi, Slovakiya, Amerika Birləşmişmiş Ştatları, Böyük Britaniya, Yunanıstan Sloveniya və fərdi neytral idmançılar (AİN) olmaqla 130-a yaxın idmançı iştirak edib.
Xizək alpinizmi üzrə dünya kuboku 2026-cı ildə keçiriləcək qış olimpiya oyunlarına lisenziya qazanmaq üçün kvalifikasiya yarışlarından biri hesab edilir.