- Baxış sayı: 46
- 06 Yanvar 2025 12:59
- Baxış sayı: 632
- Yanvar 03, 2025
- 0
Allsport.az saytı xəbər verir ki, yarış gənclər və idman nazirliyinin dəstəyi, Beynəlxalq xizək alpinizmi federasiyasının, Azərbaycan qış idman növləri federasiyasının və “Şahdağ” turizm mərkəzinin təşkilatçılığı ilə 10-13 yanvarda keçirililəcək.
Bu rəqabətdə Azərbaycan, Türkiyə, Belçika, Bolqarıstan, Kanada, Çin Xalq Respublikası, Avstriya, Andora, İspaniya, Çex Respublikası, Fransa, Almaniya, İran İslam Respublikası, Qazaxıstan, Niderland Krallığı, Norveç Krallığı, Polşa, Qətər Əmirliyi, Slovakiya, Amerika Birləşmişmiş Ştatları, Böyük Britaniya, Yunanıstan Sloveniya və Fərdi neytral idmançılar (AİN) olmaqla, 130-a yaxın idmançı iştirak edəcək. Atletlər yanvarın 10-da sprint, 11-də vertikal və 13-də individul növlər üzrə mübarizə aparacaqlar. Yarışda ölkəmizi Nəzrin Qəribova və Seyid Sədrəddinov təmsil edəcəklər.
Açılış nitqi zamanı Beynəlxalq xizək alpinizm federasiyasının baş katibi Jordi Canals Azərbaycanın dünya kubokunun təşkili üçün həyata keçirdiyi hazırlıq işlərini və yaradılan infrastrukturu və bu idman növünün inkişafına verdiyi dəstəyi yüksək qiymətləndirib.
Tədbirdə çıxış edən Azərbaycan qış idman növləri federasiyasının vitse-prezidenti Florian Zengstşmid, 2022-ci ilin oktyabr ayından etibarən beynəlxalq quruma üzv seçildiklərini və ötən ildən yurd dışı yarışlarına uğurla ev sahibliyi etdiyini bildirib. O, Azərbaycan odman akademiyasında yaradılan dağ xizəyi üzrə məşqçilik fakültəsinin bu idman növünün inkişafına gələcəkdə mühüm töhfə verəcəyini deyib.
Dünya kubokunun Azərbaycanda keçirilməsinin ölkəmizin idman tarixi üçün mühüm hadisə olduğunu qeyd edən “Şahdağ” turizm mərkəzinin sədri Rüstəm Nəcəfov, bu yarışın idmançıların bacarıq və əzmini nümayiş etdirməklə yanaşı, onları bir araya gətirərək dostluq və həmrəylik dəyərlərinin təbliğinə xidmət etdiyini bildirib.
Dünya kuboku 2026-cı ildə keçiriləcək qış olimpiya oyunlarına lisenziya qazanmaq üçün kvalifikasiya yarışlarından biri hesab edilir.