- Baxış sayı: 68
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 131
- Noyabr 25, 2024
- 0
Dohada “Qatar Masters-2015” beynəlxalq şahmat turniri davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 3-cü turunda Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Aleksandr Lenderman üzərində qələbə qazanıb. Həmyerlimiz 2,5 xalla 5-ci yerdədir. Növbəti turda qrossmeysterimizin rəqibi rusiyalı şahmatçı Danil Dubov olacaq.
Qeyd edək ki, turnirdə Şəhriyar Məmmədyarov ilə yanaşı, hazırkı dünya çempionu Maqnus Karlsen, Vladimir Kramnik, Aniş Qiri, Vesli So, Sergey Karyakin, Yevgeni Tomaşevski və bir sıra digər tanınmış şahmatçılar iştirak edirlər. Yarış İsveçrə sistemi ilə 9 turdan ibarət olaraq keçirilir.