- Baxış sayı: 72
- 20 Mart 2026 11:59
- Baxış sayı: 33
- Mart 24, 2026
- 0

Azərbaycan şahmat tarixinin ən güclü qrossmeysteri Şəhriyar Məmmədyarov Hindistanın Mumbay şəhərində 14 yaşlı şahmatçılar arasında dünya çempionu adını qazanan Aydın Süleymanlı haqqında sosial şəbəkələrdə paylaşım edib.
Allsport.az saytı xəbər verir ki, gənc həmyerlisinin qələbəsinə sevinən “Şah” fikrini belə ifadə edib: “Aydın əsl ağsaqqal şahmatı göstərərək bütün rəqiblərindən üstün oldu. Oyunları izləyirdim və çox sevinirəm ki, belə rahatlıqla qalib olmağı bacardı. Özü də harda? Hindistanda! Təbrik edirəm!”