- Baxış sayı: 40
- 19 Dekabr 2024 23:02
- Baxış sayı: 152
- Dekabr 18, 2024
- 0
Azərbaycan voleybol federasiyasının (AVF) prezidenti Şahin Bağırov, Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının “İdmanın oyun növləri kafedrası”nın voleybol müəllimləri və voleybol ixtisasının 4- cü kurs tələbələri ilə görüş keçirib. Allsport.az saytı xəbər verir ki, toplantıda federasiyanın əməkdaşları da iştirak ediblər.
O, tələbələrə voleybolun ölkəmizdəki inkişafı və bu istiqamətdə görüləcək işlər haqqında məlumat verib. Federasiya rəhbəri bu ali məktəbin tələbələri üçün müvafiq seminarlar təşkil olunacağını da əlavə edib. Bildirib ki, bu seminarlardan uğurla keçəcək tələbələr gələcəkdə Bakıda və regionlarda məşqçi kimi fəaliyyət göstərmək imkanı əldə edəcəklər.