- Baxış sayı: 43
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Azərbaycan voleybol federasiyasının (AVF) prezidenti Şahin Bağırov seleksiya işləri çərçivəsində “Murov Az Terminal” klubu tərəfindən bölgələrdən seçilmiş yeniyetmə voleybolçularla görüşüb.
Allsport.az xəbər verir ki, yanvarın 23-də GİN-in voleybol mərkəzində keçirilən “Murov Az Terminal” – “Gəncə” qarşılaşmasından sonra baş tutan görüşdə qurum rəhbəri yeniyetmə voleybolçulara yaradılan şəraitlə maraqlanıb, onlara peşəkar idmançı olmaq yolunda tövsiyələrini verib.
Məşqçi və mütəxəssislərlə də söhbət edən Bağırov federasiyanın hər zaman gənc və yeniyetmə voleybolçulara dəstək olacağını bildirib, onlara bu yolda uğurlar arzulayıb.