“Şah”ın gileyləndi: “Karyeramda belə maraqsız heç-heçə olmamışdı”

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess-2015 turnirində 3-cü turun görüşləri başa çatıb. Allsport.az saytı xəbər verir ki, “Synergy Group”un təşkilatçılığıyla baş tutan yarışda təmsilçimiz Şəhriyar Məmmədyarov fransalı həmkarı Maksim Vaşye-Laqravla heç-heçə oynayıb. Hesabat turunda yarım xal qazanan qrossmeyster, matç haqda fikirlərini mətbuat konfransında bildirib:

“Ötən tur Maqnus Karlsenə uduzandan sonra daha yaxşı oynamaq istəyirdim. Əslində, dünyanın bir nömrəsinə uduzmaq normaldır. Bu gün heç-heçəni oyuna görə uyğun nəticə sayıram. Karyeramda belə maraqsız heç-heçə olmamışdı. 17-ci gedişdə vəzirlə düzgün gediş etsəydim, oyun dəyişəcəkdi.

Lakin həmin gedişi tapa bilmədim. Şəmkirdə daha yaxşı oynamağa çalışıram. Azərbaycanda oynayan zaman bir qədər çətin olur. Məsuliyyətim artır. Xaricda çıxış etdiyim zaman rahat mübarizə aparıram. Bakıda və ya Şəmkirdə olan zaman uğur qazanmağa çalışıram, amma alınmır. Son dəfə Azərbaycanda uğur qazandığım turnir yadıma gəlmir”.

Həmin kateqoriyadan