- Baxış sayı: 68
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 121
- Fevral 06, 2026
- 0

Azərbaycan şahmat federasiyasının məşqçilər komissiyasının təşkilatçılığı ilə məşqçi-müəllimlər üçün onlayn seminarlar keçiriləcək.
Allsport.az xəbər verir ki, seminarlar həftədə 2 dəfə olmaqla 3 səviyyə üzrə 7 fərqli qrupda baş tutacaq.
Seminarlara qatılmaq üçün 40-dan artıq rayon və şəhərdən 342 məşqçi-müəllim qeydiyyatdan keçib.
Onlayn seminarlar oktyabrın 7-dən etibarən start götürəcək və 3 ay müddətində davam etdirilməsi planlaşdırılıb.
Qeyd edək ki, AŞF-nin məşqçilər komissiyası məşqçilərin qruplar üzrə bölgüsünü iyunda təşkil olunan 2 onlayn sınaq imtahanlarının baza nəticələrini nəzərə almaqla təşkil edib.