- Baxış sayı: 78
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 317
- Dekabr 02, 2024
- 0
Noyabrın 29-da Azərbaycan şahmat federasiyasında (AŞF) icraiyyə komitəsinin cari ildə son iclası keçirilib.
Allsport.az xəbər verir ki, AŞF tərəfindən hazırlanan şahmatçıların etik davranış qaydaları müzakirə edilərək qəbul edilib. Qısa zamanda dərc olunacaq etik davranış qaydaları şahmatçıların diqqətinə çatdırılacaq.
İclasda o cümlədən milli komandalarının formalaşdırılması prinsipləri, milli üzvlərinə və istedadlı şahmatçılara dəstək proqramının şərtləri, təqaüdlə bağlı meyarlar müzakirə edilərək təsdiq edilib.
AŞF-nin məşqçilər komissiyasının 2024-cü il üçün hesabatı dinlənilib. Komissiyanın sədri Anar Allahverdiyev il ərzində məşqçi-müəllimlər üçün 3 səviyyə üzrə 8 fərqli qrupda təşkil edilən seminarlar barədə geniş məlumat verib.
Yeniyetmə və gənclərdən ibarət yığmanın baş məşqçisi, uşaq-gənclər komissiyasının rəhbəri Fərid Abbasov il ərzində təşkil edilən yarışlar, uşaq və gənclərin hazırlıq prosesi, AŞF-nin nəzdində fəaliyyət göstərən şahmat akademiyasında dərslərin gedişatı barədə danışıb. Federasiya tərəfindən 2024-cü ildə uşaq və gənclərin dünya o cümlədən Avropa çempionatındakı nəticələri qeyri-qənaətbəxş hesab edilib, növbəti il üçün komissiyaya inkişafla bağlı təkliflərin hazırlanması tapşırılıb.
Sonda 2025-ci ildə keçiriləcək yarışların təşkilatı işləriylə bağlı tapşırıqlar verilib.