Şahmat federasiyasında konfrans

Allsport.az saytı xəbər verir ki, tədbir dövlət himninin səsləndirilməsiylə başlayıb. Ardınca AŞF-in 1-ci vitse-prezidenti Faiq Həsənov 2023-cü ilin yekunlarına dair hesabatla çıxış edib. 2023-cü il üzrə büdcə hesabatı dinlənilib və təsdiq olunub, cari ilin büdcəsi müzakirə edilərək qəbul edilib.

AŞF-nin nəzdində fəaliyyət göstərən hakimlər, məşqçilər, uşaq və gənclər, bəstəçilik, regional inkişaf, qadın və sosial məsələlər üzrə komissiyaların 2023-cü ildə görülən işlər barədə məruzələri dinlənilib və 2024-cü il üçün planları açıqlanıb.

Azərbaycan şahmat federasiyasının prezidenti Mahir Məmmədov veteranların təqaüd proqramı barədə məlumat verib. O, Azərbaycan şahmatının inkişafında səmərəli fəaliyyət göstərən Ələmdar Məmmədov, Genadi Gelman və Elmira Əliyevanı yubiley münasibətiylə təbrik edib. Onlara AŞF adından təşəkkürnamə və 3000 manat pul mükafatı təqdim olunub.

Həmin kateqoriyadan