- Baxış sayı: 56
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
İclasda AŞF-nin prezidenti Mahir Məmmədov, I vitse-prezident Faiq Həsənov, baş katib İlahə Qədimova, icraiyyə komitəsinin üzvləri və federasiyanın nümayəndələri iştirak edib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan şahmat federasiyasının prezidenti Mahir Məmmədov çıxışında kişi və qadın şahmatçılardan ibarət milli komandaların Budapeştdə şahmat olimpiadasına hazırlığı barədə məlumat verib.
Hər iki komandanın Macarıstandakı mötəbər yarışa hazırlaşması üçün lazımi şəraitin yaradıldığı barədə məlumat verilib. Bildirilib ki, qadın şahmatçılardan ibarət milli son məşqləri İsmayıllının Basqal kəndində keçirir.
İclas zamanı 2025-ci ildə təşkil olunacaq kişi və qadınlar arasında Azərbaycan çempionatının təqdimatı nümayiş etdirilib, 2025-ci ildə keçiriləcək yerli turnirlərin təqvim planı müzakirə edilib. Görüşdə gələn ilin təqvim planının qısa zamanda təsdiqlənməsi barədə federasiyanın katibliyinə tapşırıq verilib.