- Baxış sayı: 68
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 121
- Fevral 06, 2026
- 0

Azərbaycan şahmat federasiyasının təşəbbüsü ilə keçirilən “Chess tour Azerbaijan” layihəsi “Lankaran open” festivalı ilə davam edir.
Allsport.az xəbər verir ki, bu gün Lənkəranda yarışın açılış mərasimi keçirilib. Turnirdə 4 ölkə təmsil olunur. “A” qrupunda 38, “B” qrupunda isə 140 şahmatçı çıxış edir.
“Lankaran open” İsveçrə sistemi üzrə doqquz turda keçiriləcək və iyulun 13-də başa çatacaq. Festival çərçivəsində rapid və blits turniri də təşkil olunacaq.