- Baxış sayı: 63
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 87
- Noyabr 21, 2024
- 0
Noyabrın 27-də Respublika Şahmat Mərkəzində kişilər arasında şahmat üzrə Azərbaycan çempionatına (birinci dəstə) start verilib. Allsport.az xəbər verir ki, yarışda 2014-cü ildə birinci dəstənin və Bakı çempionatının hər birinin 5, seçmə yarışın 3 mükafatçısı, kişilər arasında beynəlxalq əmsalı 2200-dən az olmayan şahmatçılar, yeniyetmələr arasında Azərbaycan birinciliyinin qalibləri (14, 16, 18 və 20 yaş), dünya və Avropa çempionatlarının mükafatçıları (12-20 yaş), uşaq olimpiadasının üç qalibi mübarizə aparır.
Ölkə çempionatında, həmçinin qadınlar arasında beynəlxalq qrossmeyster, beynəlxalq usta və FİDE ustaları, beynəlxalq əmsalı 2000-dən az olmayan zəka ustaları iştirak hüququ qazanıblar.
Çempionatda birinci yeri tutan şahmatçı yüksək dəstədə oynamaq hüququ qazanır. İkinci yeri tutan idmançı isə yüksək dəstəyə birinci namizəd hesab edilir.
İsveçrə sistemi üzrə 9 turdan ibarət olaraq keçirilən çempionat dekabrın 5-də başa çatacaq.