- Baxış sayı: 70
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Ümumdünya şahmat olimpiadasında çıxış edəcək qadınlardan ibarət Azərbaycan millisi ilə görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva, eləcə də kapitan Mixail Şereşevski və məşqçi Yevgeni Tomaşevski iştirak ediblər.
Olimpiadaya hazırlığın gedişatı ilə maraqlanan Azərbaycan şahmat federasiyasının prezidenti Mahir Məmmədov təlim-məşqlərlə bağlı milli komandaya bundan sonra da lazımi şəraitin yaradılacağını söyləyib.
Şahmat olimpiadası sentyabrın 10-23-də Macarıstanda keçiriləcək.