- Baxış sayı: 70
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Rusiya şahmatçısı Yan Nepomnyaşi Tacikistanda keçirilən “UzChess Cup” turnirində zəif çıxış edib.
Allsport.az xəbər verir ki, rusiyalı heç bir qələbə qazana bilməyib və sonuncudan əvvəlki yeri tutub.
Bu çıxışın nəticəsində Nepomnyaşi FİDE reytinqində 14 xal itirərək 2019-cu ildən bəri ilk dəfə olaraq dünyanın ən yaxşı on şahmatçısından kənarda qalıb.
Bu o deməkdir ki, 2025-ci ilin iyulunda tarixdə ilk dəfə olaraq FİDE-nin klassik reytinqində bir dənə də rusiyalı olmayacaq.