- Baxış sayı: 57
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 99
- Noyabr 19, 2024
- 0
Mayın 26-da dövlət qurumlarının əməkdaşları arasında şahmat yarışı keçirilib.
Allsport.az xəbər verir ki, yarışda 31 dövlət qurumundan 67 əməkdaş (56 kişi, 11 qadın) iştirak edib.
Yekun nəticələrə görə, kişilər arasında rəqəmsal inkişaf və nəqliyyat nazirliyinin əməkdaşı Anar Rəsulov birinci olub. Rauf Rzayev (energetika nazirliyi) yarışı ikinci, Elnur Mehtiyev (əmək və əhalinin sosial müdafiəsi nazirliyi) isə üçüncü pillədə başa vurublar.
Qadınlar arasında Fidan Ağasıyeva (AZAL), İzzət Rəhimli (Azərbaycan yerüstü nəqliyyat agentliyi), Ülkər Maqsudova (SOCAR) fərqləniblər.