- Baxış sayı: 70
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0
Yanvarın 6-da şahmat üzrə kişilər arasında Azərbaycan çempionatına start verilib. Allsport.az xəbər verir ki, yarışda 22 zəka sahibi çempion adı uğrunda mübarizə aparır. Yarışda 1-3-cü yerləri tutanlar Gənclər və İdman Nazirliyinin diplomları, Azərbaycan Şahmat Federasiyasının medalları ilə təltif olunacaqlar.
Eyni zamanda, 1-2-ci yeri tutan şahmatçılar bu il keçiriləcək dünya kubokuna, 1-3-cü yerdə qərarlaşacaq idmançılar isə cari ildə təşkil olunacaq şəxsi Avropa çempionatına vəsiqə qazanacaqlar. İsveçrə sistemi üzrə 9 turdan ibarət keçiriləcək yarış yanvarın 16-da başa çatacaq. Çempionatın ümumi mükafat fondu 5 min manatdır.