- Baxış sayı: 71
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Birləşmiş Ərəb Əmirliklərinin Fujairah şəhərində 64-cü şahmat bəstəçiliyi konqresi keçirilib. Allsport.az saytı xəbər verir ki, gündəlikdə 45-ci şahmat həlletməsi üzrə dünya çempionatı, çoxsaylı həlletmə və tərtib yarışları, Beynəlxalq şahmat bəstəçiliyi federasiyasının iclasları və təşkilata yeni prezident seçkiləri baş tutub.
BŞBF-in qərarı ilə ölkəmizin nümayəndəsi Elmar Abdullayevə şahmat bəstəçiliyinin üçgedişli bölməsi üzrə beynəlxalq hakim titulu verilib. 36 yaşlı həmyerlimiz Şirvan şahmat məktəbinin yetirməsidir. O, Azərbaycanla yanaşı, Gürcüstan, Mərakeş və Rumıniyada ümumilikdə 7 yarışda hakimlik edib. Elmar Abdullayev bu adı qazanan 3-cü nümayəndəmizdir.
Sözü gedən titula 2009-cu ildə İlham Əliyev (etüd bölməsində), 2016-cı ildə isə Kənan Vəlixanov (yardımmat bölməsində) layiq görülüblər.