- Baxış sayı: 44
- 12 Mart 2025 21:24
- Baxış sayı: 37
- Mart 18, 2025
- 0
Azərbaycan şahmat federasiyası, gənclər və idman nazirliyinin dəstəyi ilə növbəti dəfə “Baku Open – 2025” beynəlxalq şahmat festivalı baş tutacaq.
Allsport.az xəbər verir ki, festivaldan öncə şahmat dünyasının əfsanəvi simalarından biri, 15-ci dünya çempionu Vişvanatan Anand Bakıya səfər edəcək. Hindistanlı şahmatçı Azərbaycan çempionatının son qalibi Rauf Məmmədovla rapid və blits partiyalarında üz-üzə gələcək. Vişvanatan Anandla Rauf Məmmədov arasında turnirin 27-30 apreldə keçirilməsi planlaşdırılır.
“Baku Open – 2025” beynəlxalq şahmat festivalı “Kristal Holl”da 27 aprel (gəlmə günü) – 6 may (son tur və bağlanış) arasında keçiriləcək və şahmatçılar üç qrupda İsveçrə sistemi üzrə 9 turda (“A”, “B” və “C”) mübarizə aparacaq.
Festivalın ümumi mükafat fondu 55 000 ABŞ dollarına bərabərdir.