- Baxış sayı: 64
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
İyulun 30-da Bakıda start götürəcək şahmat üzrə dünya kubokunun loqosunda Bakının əsas rəmzlərindən biri olan Qız qalası və şahmatda top fiqurunun elementlərindən istifadə olunub.
Allsport.az xəbər verir ki, top fiquru ilə qalanın cizgilərində memarlıq cəhətdən oxşarlıq yaradılıb.
Sayca 10-cu dəfə təşkil olunacaq yarışda 206 kişi, qadınların mübarizəsində isə 103 şahmatçı iştirak edəcək.
Onlar arasında dünya reytinqinin lideri Maqnus Karlsen (Norveç,2835), yüksək sıralarda qərarlaşan həmyerlilərimiz Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov, eyni zamanda Hikaru Nakamura (ABŞ), Fabiano Karuana (ABŞ), Aniş Giri (Niderland), Qukeş Dommaradju (Hindistan) və digərləri qələbə uğrunda yarışacaq.
Qadınların yarışında hazırkı dünya çempionu Yu Vençjun (Çin), Aleksandra Qoryaçkina (FİDE), Xampi Koneru (Hindistan), Katerina Laqno (FİDE), Aleksandra Kostenyuk (İsveçrə), Nana Dzaqnidze (Gürcüstan), Mariya və Anna Muzıçuk (Ukrayna), Günay Məmmədzadə (Azərbaycan) iştirakçılar sırasında olacaq.
Azərbaycanı nüfuzlu turnirdə Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovla yanaşı Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abasov, Eltac Səfərli, Abdulla Qədimbəyli, Misrətdin İskəndərov, Nicat Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Vüqar Əsədli qadın millimizin lideri Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayeva iştirak edəcək.
Dünya kubokunda kişilərin yarışında ilk üç yeri tutacaq şahmatçı “İddiaçılar” turnirinə vəsiqə qazanacaq. Yarışın ümumi mükafat fondu 2,5 milyon ABŞ dollarıdır.
Yarış 8 illik fasilədən sonra ikinci dəfə Bakıda təşkil olunacaq. İlk dəfə mötəbər yarış 2015-ci ildə paytaxtımızda keçirilib.