- Baxış sayı: 69
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Qadın şahmatçıların Azərbaycan çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışın lideri Gövhər Beydullayeva hesabat turunda Xəyallə Abdullanı məğlub etməklə 5 xal toplayıb və karyerasında ilk dəfə 1-ci yer tutub.
Turnirin sürpriz iştirakçısı Ləman Hacıyeva bu dəfə ağ fiqurlarla Türkan Məmmədyarovanı üstələyib, 4,5 xalla karyerasında ilk dəfə çempionatın mükafatçısı olub.
Ülviyyə Fətəliyeva qara fiqurlarla Xanım Balacayevanı məğlub edib, 4 xal ilə yarışı 3-cü pillədə başa vurub.
Son turda Ayan Allahverdiyevanı üstələyən ötən ilin çempionu Gülnar Məmmədova bu dəfə yarışda 4-cü olub.
Dairəvi sistem üzrə yeddi turdan ibarət çempionatın mükafat fondu 11 400 manat təşkil edib. Qalib 4000 manat pul mükafatı əldə edib.