- Baxış sayı: 68
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 131
- Noyabr 25, 2024
- 0
Respublika Şahmat Mərkəzində 2005–2008-ci il və 2000–2004-cü il təvəllüdlü şahmatçılar arasında şəxsi və komanda birinciliyi keçirilib. Allsport.az xəbər verir ki, 10 yaşadək uşaqlar arasında yarışda 46 (onlardan 6-sı qız), 15 yaşadək idmançıların mübarizəsində isə 33 (onlardan 5-i qız) şahmatçı iştirak edib.
Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin idarə etdiyi və İsveçrə sistemi üzrə 9 turdan ibarət yarışın son turundan əvvəl BŞGİBİ-nin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov tədbir iştirakçıları adından bu günlərdə “Azərbaycan Respublikasının Əməkdar Məşqçisi” fəxri adını alan Ülkər Umudovanı təbrik edib, bu il Yunanıstanın Xalkidiki şəhərində keçirilən 12 yaşadək oğlanlar arasında dünya birinciliyinin qalibi olan Bakı idmançısı Məhəmməd Muradlıya pul mükafatı təqdim edib. Noyabrda birinci dərəcə normasını yerinə yetirmiş Emin Xəlilov, Əhməd Baxtiyev, Ağamurad Məhyəddinov və Paşa Aslanova dərəcə kitabçaları verilib.
Turnirdə 10 yaşadək idmançıların şəxsi yarışında Məhəmməd Həsənzadə, 15 yaşadək şahmatçılar arasında isə Nihat Mustafayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Komanda yarışlarında isə Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin idmançıları fərqlənib.
Oyunlardan sonra təntənəli bağlanış mərasimi keçirilib.
Sonda yaş qrupları üzrə ilk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom, medal, kubok və xatirə hədiyyələri ilə təltif olunublar.