- Baxış sayı: 43
- 14 Aprel 2025 15:15
- Baxış sayı: 42
- Aprel 14, 2025
- 0
Şahmat üzrə Azərbaycan yığması onlayn olimpiadada mübarizəyə başlayıb.
Allsport.az xəbər verir ki, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayevadan ibarət kollektiv ilk yarış günündə 3 görüş keçirib.
Startda İsveçə 5,5:0,5 hesabı ilə qalib gələn komanda ikinci oyunda Şençjenlə sülhə razılaşıb – 3:3. Kollektiv son qarşılaşmada isə Macarıstana 2:4 hesabı ilə uduzub.
Onlayn şahmat olimpiadası
“B” qrupu
I tur
Azərbaycan – İsveç – 5,5:0,5
II tur
Şençjen – Azərbaycan – 3:3
III tur
Azərbaycan – Macarıstan – 2:4
Qeyd edək ki, ehtiyat heyətdə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Məhəmməd Muradlı və Gövhər Beydullayeva yer alıblar. Qrupda ilk iki pilləni tutan komanda pley-offa vəsiqə qazanacaq. Bu qrupda Fransa, Moldova, Hindistan, Sloveniya, Belarus və Misir yığmaları da mübarizə aparır.