- Baxış sayı: 36
- 05 Dekabr 2025 16:47
- Baxış sayı: 106
- Dekabr 05, 2025
- 0
2015-ci ildə Azərbaycan şahmatçılarının iştirakı ilə ənənəvi “Aeroflot-open” festivalı bərpa olunacaq. Allsport.az xəbər verir ki, festival çərçivəsində üç əsas turnir keçiriləcək.
Əsas diqqət “A” yarışlarına yetiriləcək. Burada reytinqi 2550-dən az olmayan şahmatçılar iştirak edəcəklər. Oyunlar martın 29-dan aprelin 6-dək keçiriləcək. Bütün turlar Bakı vaxtı ilə 16:00-da başlayacaq. Aprelin 7-də İsveçrə sistemi ilə 9 turda qoşa partiyalardan ibarət blits-turnir keçiriləcək. Bütün tədbirlər Moskvanın “Kosmos” mehmanxanasında keçiriləcək.
Xatırladaq ki, əvvəlki “Aeroflot-open” festivallarında Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli, Eltac Səfərli və başqaları iştirak ediblər. Rusiya Şahmat Federasiyasının saytında festivalın reqlamenti yerləşdirilib. “Aeroflot” ənənələrinin çoxuna, o cümlədən “A” turnirinin qalibinin bu ilin yayında Dortmundda keçiriləcək superturnirə vəsiqə alması ənənəsinə riayət ediləcək.
Turnirin ümumi mükafat fondu 120.000 avrodur.