- Baxış sayı: 57
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 99
- Noyabr 19, 2024
- 0
Bu gün Gürcüstanın Batumi şəhərində şahmat üzrə dünya kuboku start götürəcək. Allsport.az xəbər verir ki, FİDE-nin yeni yarışında 8, 10 və 12 yaş qrupları üzrə oğlanlar və qızlar mübarizə aparacaq.
Azərbaycanı yarışda 14 zəka sahibi təmsil edir. Batumidə Mahir Vahidov, Daniel Konovalov, Yağmur Muradlı, Zərinə Mustafayeva (U-8), Yasin Əzimov, Səfa Hümmətov, Məhəmməd Kazımzadə, Mehriban Əhmədli, Xədicə Babazadə (U-10), Şəmsi Qaraxanov, Suat İbrahimli, Əsnad Baxşızadə və Leyla Mirzəliyeva (U-12) çıxış edəcəklər. Yığmamız turnirdə Fərid Abbasovun rəhbərliyi altında çıxış edəcək.