Şahmatçılarımız gimnaziadada mübarizə aparacaq

Oktyabrın 24-də Bəhreynin paytaxtı Manamada gimnaziada idman oyunları start götürəcək.

Allsport.az xəbər verir ki, məktəblilərin iştirak etdiyi oyunlarda Azərbaycan şahmatçıları da çıxış edəcək.
Gimnaziada idman oyunlarında Azərbaycan şahmatçılarından Paşam Əlizadə, Rüstəm Rüstəmov, Yunis Mahmudzadə, Tunar Davudov, Dinarə Hüseynova, Lalə Hüseynova, Nurtən Nuriyeva, Məryəm Ağaverdiyeva, Nərmin Abdinova və Səadət Bəşirli mübarizə aparacaq.
Gimnaziadada şahmat yarışları 25-29 oktyabr tarixlərində keçiriləcək. Azərbaycan şahmatçıları Bəhreynə oktyabrın 23-də yola düşəcək.

Həmin kateqoriyadan