- Baxış sayı: 45
- 08 Yanvar 2025 15:42
- Baxış sayı: 452
- Yanvar 10, 2025
- 0
Türkiyənin Çorum şəhərində keçirilən 16 yaşlı şahmatçılar arasında olimpiadanın sonuncu turunun partiyaları başlayıb.
Allsport.az verir ki, turnir cədvəlinin şəriksiz lideri olan 16 yaşadək şahmatçılardan ibarət əsas yığmamız – “Azərbaycan” komandası Olimpiya çempionluğunun bir addımlığındadır. Millimiz sonuncu oyununu Çin yığmasına qarşı keçirəcək. “Azərbaycan-Naxçıvan” komandası isə ev sahibləri ilə qarşılaşır.
“Azərbaycan” komandası 14 xalla birinci pillədədir. Sonrakı iki yerdə Özbəkistan (13 xal) və Qazaxıstan komandaları (12 xal) qərarlaşıblar. “Azərbaycan-Naxçıvan” komandası 8 xalla 27-ci pillədədir.