- Baxış sayı: 147
- 16 Dekabr 2024 16:49
- Baxış sayı: 171
- Dekabr 18, 2024
- 0
Martın 27-dən aprelin 6-dək Sloveniyada şahmat üzrə şəxsi Avropa çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda bizdən Qədir Hüseynov, Nicat Abbasov, Vasif Durarbəyli, Eltac Səfərli, Vüqar Əsədli, Misrətdin İsgəndərov, Məhəmməd Muradlı, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Abdulla Qədimbəyli, Murad İbrahimli, Read Səmədov, Gövhər Beydullayeva, Toğrul Həsənzadə və Şahin Vəliyev mübarizə aparacaqlar.
İsveçrə sistemi üzrə təşkil olunacaq çempionatı 11 turdan ibarətdir. Mükafat fondu 100 min avro təşkil edəcək. Qalib 20 min avroluq mükafata sahib olacaq. Bundan əlavə, çempionatda ən yaxşı nəticə göstərən 23 şahmatçı, həmçinin ən yaxşı qadın oyunçu, gənc və yaşlılar üçün xüsusi mükafatlar da nəzərdə tutulub. Qitə sınağının nəticələrinə əsasən, 20 zəka sahibi 2023-cü ilin dünya kubokuna vəsiqə qazanacaq.