- Baxış sayı: 69
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Beynəlxalq şahmat federasiyası (FIDE) yeni reytinq cədvəlini açıqlayıb. Allsport.az xəbər verir ki, Teymur Rəcəbov 2765 xalla 9-cu pillədə qərarlaşıb.
Şəhriyar Məmmədyarov isə 2764 xalla 11-ci pillədə qalıb. Qədir Hüseynov və Nicat Abbasov bir pillə irəliləyib. Hüseynov 71-ci, Abbasov isə 73-cü pillədə qərarlaşıb. Rauf Məmmədov isə bir pillə geriləyərək, 92-ci pillədə yer alıb.
Cədvələ norveçli Maqnus Karlsen başçılıq edir edir.
Qadın şahmatçılar arasında isə Günay Məmmədzadə 29-cu, Gülnar Məmmədova 75-ci, Xanım Balacayeva isə 85-cı pillədə qərarlaşıb.