Şahmatçımız “Australian Masters-2015” turnirinin qalibi oldu

Azərbaycanlı şahmatçı Kənan İzzət Melburnda keçirilən “Australian Masters-2015” beynəlxalq şahmat turnirinin qalibi olub. Allsport.az xəbər verir ki, həmyerlimiz yeddinci turda Luke Lini (Yeni Zelandiya) məğlub edib, sonuncu turdan əvvəl–səkkizinci turda Ari Deylə (Avstraliya qalib gəlib, sonuncu turu isə Ceyms Morrislə (Avstaliya) heç-heçə başa vurub.

Beləliklə, Kənan İzzət 7,5 xal toplayıb və ona çatmaqda olan Maks İlinqvortu (Avstraliya) yarım xal keçərək I yerə çıxıb.

Qeyd edək ki, Kənan İzzət və Maks İliqvort beynəlxalq qrossmeyster normalarını yerinə yetiriblər.

Həmin kateqoriyadan