- Baxış sayı: 66
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Müxtəlif yaş qrupları üzrə keçirilən onlayn Avropa çempionatında Azərbaycan şahmatçısı Uğur İlyaslı vaxtından əvvəl çempionluğu özü üçün təmin edib.
Allsport.az xəbər verir ki, 18 yaşlı oğlanların yarışında 7,5 xal toplayan Azərbaycan şahmatçısı ən yaxın izləyicisini 1,5 xal qabaqlayır. Bununla da şahmatçımız oyunların başa çatmasına 1 tur qalmış 1-ci pilləni özü üçün təmin edib. 16 yaşlı qızların yarışında Ayan Allahverdiyeva 6,5 xalla 1-2-ci yerləri bölüşür. Mələk İsmayıl (18 yaş, qızlar), Şiroğlan Talıbov (16 yaş, oğlanlar), Nərmin Abdinova (14 yaş, qızlar) öz yaş qruplarında liderdən cəmi yarım xal geridədirlər. 10 yaşlı şahmatçıların turnirində mübarizə aparan Səadət Bəşirli 6 xalla 2-6-cı yerləri bölüşür.
Qitə çempionatında Azərbaycanı 44 şahmatçı təmsil edir. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir. Yarış bu gün başa çatacaq.