- Baxış sayı: 70
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Məhəmməd Muradlı Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən şahmat üzrə “Dubai open 2024” beynəlxalq turnirinin qalibi olub.
Allsport.az xəbər verir ki, Azərbaycan şahmatçısı 9 turdan sonra 7 xal toplayıb.
Son tura lider kimi başlayan Məhəmməd yekun partiyada heç-heçə oynayıb. O, çinli Dai Changrenlə xalı yarı bölüb. Muradlı 16 000 ABŞ dolları məbləğində pul mükafatına layiq görülüb.
Turnirdə 6,5 xal toplayan digər şahmatçımız Eltac Səfərli 2-6-cı yerləri bölüşdürüb. Əlavə əmsallara görə E.Səfərli 6-cı yeri tutub.
Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov yarışdan sonra şahmatçılarla görüşüb, eyni zamanda Məhəmməd Muradlını qələbə münasibətiylə təbrik edib.