Salah Karregeri keçdi

“Liverpul” çempionlar liqasının 1/8 final mərhələsinin ilk oyununda “Qalatasaray”a məğlub olub.

Allsport.az xəbər verir ki, İstanbulda baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İngiltərə klubunun misirli futbolçusu Məhəmməd Salah bu qarşılaşmada meydana start heyətində çıxıb və 60-cı dəqiqədə əvəzlənib.

Bu oyun Salah üçün “Liverpul” köynəyi ilə çempionlar liqasında 81-ci matç olub. Bu göstərici ilə misirli hücumçu Ceymi Karregeri (80 oyun) qabaqlayaraq klubun rekordçusuna çevrilib. “Liverpul”un heyətində ÇL-də ən çox oyun keçirən futbolçuların ilk üçlüyünə həmçinin Stiven Cerrard (73 oyun) daxildir.

Həmin kateqoriyadan