- Baxış sayı: 20
- 27 Mart 2026 13:53
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

“Ayntraxt Frankfurt”un futbolçusu Ömər Marmuş karyerasını İngiltərə premyer liqasında davam etdirə bilər.
Allsport.az xəbər verir ki, misirli hücumçu “Liverpul”un maraq dairəsinə düşüb. Mersisaydlılar Öməri Məhəmməd Salahın əvəzedicisi kimi görür. Bundesliqa təmsilçisi 25 yaşlı futbolçusunu 60 milyon avroya satmağa hazırdır.
Ömər Marmuş cari mövsüm ərzində 11 oyunda iştirak edib, 10 qol və 7 məhsuldar ötürməylə yadda qalıb.