- Baxış sayı: 26
- 27 Mart 2026 14:46
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

“Liverpul” yayda komandadan ayrılacaq Məhəmməd Salahı “Everton”un vingeri İliman Ndiaye ilə əvəzləməyi planlaşdırır.
Allsport.az xəbər verir ki, mersisaydlılar mövsümün əvvəlindən 26 yaşlı seneqallı futbolçunu yaxından izləyirlər. Lakin “qırmızılar” bu transferdə tək deyillər. Belə ki, “Mançester Yunayted” də Coşua Zirkzeeni əvəzləmək üçün Ndiaye variantını nəzərdən keçirir.
İliman Ndiaye bu mövsüm keçirdiyi 27 rəsmi matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. 2029-cu ilə qədər müqaviləsi olan futbolçunun “Transfermarkt”dakı bazar dəyəri 50 milyon avro qiymətləndirilir.