- Baxış sayı: 56
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
AŞF-in dəstəyi ilə ölkəmizdə şahmatın inkişafında böyük xidmətləri olan əməkdar məşqçi Salman Süleymanovun xatirə turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, “Sabah” şahmat məktəbində sürətli oyunda yeniyetmələr, o cümlədən Avropa, dünya çempionları, Azərbaycan çempionatının medalçıları və qalibləri mübarizə aparıblar.
Turnirin açılış mərasimində AŞF-nin uşaq və gənclər komissiyasının sədri Fərid Abbasov və AŞF-nin icraiyyə komitəsinin üzvi Cahangir Ağarəhimov çıxış edərək yeni şahmat nəslinin inkişafında Salman Süleymanovun rolundan danışıb.
İlk dəfə keçirilən turnirdə Abdulla Qədimbəyli rapid yarışında bütün rəqiblərini qabaqlayıb. Blits üzrə mübarizədə İslam Hacıəliyev qələbə qazanıb. Qadınlar arasında rapid mübarizəsində ən yaxşı nəticəni Ayan Allahverdiyeva göstərib. Blits üzrə isə Nurtan Nuriyeva qalib adını qazanıb.
Turnirdə fərqlənənlərə pul mükafatları verilib.