Samir Məsimov yeni baş məşqçinin rəhbərliyi ilə ilk qolunu vurub

Azərbaycanlı futbolçu Samir Məsimovun çıxış etdiyi “Domjale” klubunda baş məşqçi dəyişikliyi olub. Allsport.az saytı xəbər verir ki, Luka Elsner bu Sloveniya təmsilçisi ilə yolunu ayırıb. 2013-cü ildən “sarı-göylər” sükanı arxasında olan 34 yaşlı mütəxəssis, ölkənin daha samballı komandası “Olimpiya” ilə anlaşıb.

Həmyerlimizin “Domjale”dəki yeni Simon Rojman olub. Samir Məsimov yeni baş məşqçinin rəhbərliyi ilə ilk oyununu da keçirib. Əsas komanda ilə klubun U-19 komandası arasındakı yoxlama görüşü böyüklərin üstünlüyü ilə bitib – 4:0. Azərbaycanlı futbolçu 86-cı dəqiqəsində qol vurub.

Həmin kateqoriyadan