- Baxış sayı: 29
- 24 Mart 2026 17:32
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

“Mançester Yunayted”in hücumçusu Ceydon Sançonun gələcək taleyinə aydınlıq gəlib.
Allsport.az xəbər verir ki, 25 yaşlı ingiltərəli vingerin yay transfer pəncərəsində “qırmızı şeytanlar”ın düşərgəsini tərk edəcəyi 100 faiz dəqiqləşib.
Məlumata görə, futbolçunun keçmiş klubu “Borussiya Dortmund” artıq Mançester təmsilçisi ilə danışıqlara başlayıb. Almaniya klubunun baş direktoru Hans-Yoahim Vatske Sançonun komandaya qayıtmasında şəxsən maraqlıdır. Hazırda bir neçə başqa klubun da diqqət mərkəzində olan futbolçu üçün hələlik yekun qərar verilməyib.
“Mançester Yunayted” Sançonun transferinə 2021-ci ildə 85 milyon avro xərcləmişdi. Lakin gözləntiləri doğrultmayan oyunçu 2025-ci ilin sentyabrında birillik icarə əsasında “Aston Villa”ya keçib. Onun Mançester klubu ilə müqaviləsi yayda başa çatır.