- Baxış sayı: 69
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0
Bu gün “Lichess.org” platforması vasitəsilə qadın şahmatçıların 11-ci Sarja kuboku start götürəcək. Allsport.az saytı xəbər verir ki, turnirdə ölkəmizi Günay Məmmədzadə, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Nərmin Xələfova, Xəyalə Abdulla, Fidan Ağasıyeva və Aytac Məmmədov təmsil edəcəklər.
Yarışa 307 şahmatçı qatılacaq ki, onun da 52-si qrossmeysterdir. Turnirin seçmə mərhələsində iştirakçılar İsveçrə (13 tur, 3 dəqiqə + 1 saniyə) sistemi üzrə mübarizə aparacaqlar. Onların arasından ən yaxşı nəticə göstərən şahmatçılar rapid (15 dəqiqə + 5 saniyə) üzrə keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar.