Serbiyada nəzərdə tutulan dünya çempionatının planı təsdiqlənib

Oktyabrın 12-də dünya güləş birliyinin iraiyyə komitəsinin iclası keçirilib. Allsport.az saytının məlumatına görə, toplantıda dekabrın 12-dən 20-dək Serbiya paytaxtı Belqradda nəzərdə tutulan dünya çempionatının planı təsdiqlənib. Bildirilib ki, UWW üzvlərinin 70 faizindən çoxu mundialda iştirak edəcəyini bildirib. Bu isə dünya çempionatını təşkilinə imkan verir. Ancaq UWW-nin bürosu qarşıdakı 1 ayda koronavirus pandemiyası ilə bağlı müşahidələr aparacaq və son qərarını noyabrın 6-da verəcək.

Yığıncağın yekununda gənclərin dünya çempionatının ləğv olunmasına qərar verilib. Daha öncə gənclərin analoji yarışının dekabrın əvvəllərində Belqradda keçirilməsi planlaşdırılırdı. Ancaq üzv ölkələrin əksəriyyəti bu yarışda iştirakını təsdiqləmədiyi üçün gənclərin dünya çempionatı bu il keçirilməyəcək.

Həmin kateqoriyadan