- Baxış sayı: 65
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycan şahmatçısı Rauf Məmmədov, Ukraynada müharibədə Rusiyanı dəstəkləyən həmkarı Sergey Karyakini sərt tənqid edib. Allsport.az saytı xəbər verir ki, 3-qat Avropa çempionu bu barədə öz Feysbuk səhifəsində yazıb:
“Biz 24 ildir bir-birimizi tanıyırıq, həmişə normal münasibətimiz olub. Amma indi çox təəssüf ki, sən təlxəyə çevrilib öz slavyan qardaşlarının ölümünü dəstəkləyirsən. Həmkarlarımızın neçə gündür bombaya görə sığınacaqlarda qaldığı bir vaxtda təhqiramiz ifadələr yazırsınız. Bir çox şahmatçılar, yoldaşlarım evsiz qalıb. İndi sənə yazığım gəlir.
Mən də ruslara müraciət etmək istəyirəm. Mən bilirəm ki, sizin aranızda kifayət qədər adekvat insanlar var və siz bu soyqırımı və terroru dayandıra bilərsiniz. Küçəyə çıxın və xəstə babanızı sakitləşdirin. Ukraynaya eşq olsun!”
Rauf Məmmədovun həyat yoldaşı ukraynalı şahmatçı Natalya Buksadır.